“Whatsapp”da səsli mesajları status kimi dərc etmək mümkün olacaq

İKT

26 Noyabr 2022 21:07

Oxunma sayi: 614
“Whatsapp”da səsli mesajları status kimi dərc etmək mümkün olacaq

Tezliklə "WhatsApp" istifadəçilərinə səsli mesajları status kimi dərc etməyə icazə veriləcək.

Azmedia.az  xəbər verir ki, belə ki, bu funksiya artıq Android üçün sınaqdan keçirilib.

Bu dəfə yenilik tətbiqin iOS üçün ən son beta versiyasında tapılıb.

Qeyd olunur ki, statusda 30 saniyəyə qədər səsli qeydləri dərc etmək mümkün olacaq. Bu halda, istifadəçilərə statusa mətn də əlavə etmək imkanı veriləcək.

Yeniliyin messencerin sabit versiyasının istifadəçiləri üçün nə zaman əlçatan olacağı məlum deyil.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!