“WhatsApp”da yeni unikal funksiya gəlir - FOTO

İKT

26 Aprel 2024 15:10

Oxunma sayi: 270
“WhatsApp”da yeni unikal funksiya gəlir  - FOTO

Məşhur "WhatsApp" mesencerində statuslarla bağlı yeni funksiya əlavə olunacaq.

Azmedia.Az bildirir ki, məlumata görə, növbəti yenilənmələrdə istifadəçilər statuslara sadəcə emoji şəklində reaksiyalara deyil, həm də onlar haqqında bildirişləri idarə etmək imkanı əldə edəcəklər. Tərtibatçılar xüsusilə qeyd ediblər ki, reaksiyalar haqqında bildirişlər bildiriş parametrləri bölməsində deaktiv edilə bilər.

Qeyd olunur ki, bu seçim mesencer istifadəçilərin diqqətinin statuslara reaksiyalar haqqında bildirişlərə daha az yayınmasına imkan verəcək. Bildirilir ki, yenilik tətbiqin növbəti versiyalarında mövcud olacaq.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!