“WhatsApp“dan növbəti yenilik

İKT

17 Fevral 2023 10:25

Oxunma sayi: 886
“WhatsApp“dan növbəti yenilik

"WhatsApp" qrup söhbətləri üçün "Zəng Planlaşdırma" funksiyası üzərində işləyir.

Azmedia.Az  bildirir ki, bu xüsusiyyət sayəsində eyni qrupdakı "WhatsApp" istifadəçiləri əvvəlcədən zəng planlaşdıraraq onlayn görüş keçirə biləcəklər.

Aşağdakı ekran görüntüsündə göründüyü kimi, planlaşdırılan zəng qrup söhbətlərinin yuxarı sol tərəfindəki üç nöqtəli menyu vasitəsilə təyin olunacaq. Başlıq, tarix və vaxt bu sahədən müəyyən ediləcək. "WhatsApp" qrupunun istifadəçiləri əvvəlcədən təyin edilmiş bu zəng üçün vaxtlarını öncədən qura biləcəklər.

Yalnız qruplar üçün sınaqdan keçirilən xüsusiyyət "Android" üçün Beta 2.23.4.4 yeniləməsi ilə sınaqdan keçirilir. Onun stabil versiyaya nə vaxt gələcəyi hələ məlum deyil.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!