Xabi Alonso: “Gərgin və çətin oyun alındı“

İDMAN

08 Mart 2024 01:10

Oxunma sayi: 200
Xabi Alonso: “Gərgin və çətin oyun alındı“

"Gərgin və çətin qarşılaşma oldu. İlk hissədəki nəticə yaxşı deyildi".

Azmedia.Az xəbər verir ki, bunu Almaniyanın "Bayer 04" komandasının baş məşqçisi Xabi Alonso Bakıda "Qarabağ"la heç-heçə (2:2) etdikləri Avropa Liqasının 1/8 final mərhələsinin ilk oyunundan sonra mətbuat konfransında deyib.

Mütəxəssis cavab matçında səhvləri təkrarlamamağa çalışacaqlarını bildirib: "Sabahdan Bundesliqanı düşünəcəyik".

Alonso "Qarabağ"ın güclü kollektiv olduğunu söyləyib: "Növbəti həftə nə olacağını bilmirik. 90 dəqiqəni nəzərə alsaq, rəqibə nisbətən bizim bəxtimiz gətirdi".

O, "köhlən atlar"ın Avropada təcrübəyə malik olduğunu vurğulayıb: "Azərbaycan futbolu deyəndə ağlıma "Qarabağ" gəlir. Onlar uzun müddət avrokuboklarda çıxış edirlər. Çempionlar Liqasında "Atletiko" ilə matçlarını izləmişdim. Bu komandada baş məşqçi işi görünür".

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!