Xəmirdən düyü hazırlanıb satılır?

İQTİSADİYYAT

09 İyun 2023 05:54

Oxunma sayi: 708
Xəmirdən düyü hazırlanıb satılır?

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli Azərbaycanda xəmirdən düyü hazırlanması və satılması ilə bağlı yayılan məsələyə münasibət bildirib.

Məlumata görə, sədr jurnalistlərə açıqlamasında bildirib ki, agentlik tərəfindən aparılan monitorinqlərdə bu hala rast gəlinməyib:

“Hər bir məhsul kimi, düyünün də genetik daşıyıcısı var. O, plastik və xəmirdən olarsa, DNT-si ola bilməz. Düyü ilə bağlı bu cür məlumatlar yalandır. Düyü xalisdir”.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!