Xəzərdə üzən bütün gəmilərə XƏBƏRDARLIQ EDİLDİ SON DƏQİQƏ!

ÖLKƏ

21 Sentyabr 2019 14:29

Oxunma sayi: 342
Xəzərdə üzən bütün gəmilərə XƏBƏRDARLIQ EDİLDİ   SON DƏQİQƏ!

Sentyabrın 22-i günün ikinci yarısına qədər Xəzər dənizi akvatoriyasında gözlənilən küləkli hava şəraiti ilə əlaqədar “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) donanmasına aid Xəzərdə üzən bütün gəmilərə xəbərdarlıq göndərilib.

Bu barədə Azmedia.Az-a “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-dən bildirilib.

Xəbərdarlıqda hava şəraiti ilə əlaqədar gəmilərdə qabaqlayıcı təhlükəsizlik tədbirlərinin görülməsi, gəmilərin qeyd edilən tarixdə təhlükəsiz sığınacaqlara getməsinin təmin olunması bildirilib. Küləkli havanın müşahidə olunacağı tarixlərdə limanlarda və lövbərlərdə dayanan gəmilərin kapitan və baş mexaniklərinə mütləq şəkildə gəmidə olmaları və gəmilərin təhlükəsiz dayanmasını təmin etmələri tapşırılıb.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!