Yeni nəsil Mercedes Benz GLE Coupe sabah təqdim olunacaq

MARAQLI

18 Sentyabr 2019 22:43

Oxunma sayi: 323
Yeni nəsil Mercedes   Benz GLE Coupe sabah təqdim olunacaq

Mercedes-Benz şirkəti yeni tizer dərc edərək, növbəti nəsil GLE Coupe modelinin təqdimat tarixini açıqlayıb. Alman istehsalçısının Facebook sosial şəbəkəsindəki səhifəsində dərc edilmiş videotizerdə "Mercedes-Benz GLE Coupe. Doğum tarixi: 28.08.2019" sözləri yazılıb. Böyük ehtimalla, şirkət avtomobilin Frankfurt avtosalonundakı kütləvi nümayişindən öncə, onlayn debütünü təşkil edəcəkdir.

Azmedia.Az autograph.az-a istinadən bildirir ki, tizerdə dərc edilmiş arxa işıq texnikası Mercedes-Benz GLE krossoverində olduğundan ciddi şəkildə fərqlənir. Çox güman ki, kupeşəkilli krossover daha aqressiv görkəmə malik olacaqdır. Mühərrik çeşidinə gəldikdə isə, iki krossover arasında fərq olmayacaqdır.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!