Yüksək vəzifəli şəxs VƏFAT ETDİ

ÖLKƏ

04 Sentyabr 2024 20:22

Oxunma sayi: 138
Yüksək vəzifəli şəxs  VƏFAT ETDİ

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyəti Aparatının Mülki Müdafiə Şöbəsinin müdiri Oqtay Fərzəliyev vəfat edib.

Azmedia.Az xəbər verir ki, bu barədə AMEA məlumat yayıb.

Bildirilib ki, o, 2011-ci ildən Geologiya və Geofizika İnstitutunda Mülki Müdafiə Qərargah rəisi vəzifəsində işləyib. 2017-2019-cu illərdə AMEA Rəyasət Heyəti Aparatının İkinci Xüsusi Şöbəsində baş mütəxəssis vəzifəsində çalışıb.

2022-ci ildən AMEA Rəyasət Heyəti Aparatının Mülki Müdafiə Şöbəsinin müdiri vəzifəsində fəaliyyət göstərib.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!