Zaqatalada zəhərlənənlərin 15-i uşaqdır - RƏSMİ

ÖLKƏ

08 May 2024 10:49

Oxunma sayi: 500
Zaqatalada zəhərlənənlərin 15-i uşaqdır  - RƏSMİ

Xəbər verdiyimiz kimi, Zaqatalada dönərdən kütləvi zəhərlənmə olub.

Hadisə ilə bağlı TƏBİB-dən bildilirib ki, zəhərlənən 34 nəfərdən 15-i azyaşlıdır:

"Mayın 7-də, saat 17:40-dan başlayaraq zəhərlənmə şübhəsilə 34 nəfər (21 qadın cinsli, 13 kişi cinsli olmaqla) Zaqatala Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə daxil olub. Onlardan 15-i uşaqdır.

Hər birinə zəruri tibbi xidmət göstərilib, 16 nəfər artıq evə buraxılıb. Digərlərinin vəziyyəti stabil olaraq qiymətləndirilir və gün ərzində evə buraxılmaları nəzərdə tutulur".

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!