Zaxarova Paşinyanın Rusiyaya qarşı səsləndirdiyi ittihamlara cavab verdi - VİDEO

DÜNYA

28 Fevral 2024 18:11

Oxunma sayi: 169
Zaxarova Paşinyanın Rusiyaya qarşı səsləndirdiyi ittihamlara cavab verdi -  VİDEO

“Ermənistanın baş naziri Nikol Paşinyanın Rusiyanın guya bu ölkədə dövlət çevrilişinə çağırışları ilə bağlı dediyi sözlərin heç bir əsası yoxdur, Moskva heç vaxt belə şeyə hətta eyham belə vurmayıb”.

Azmedia.Az xəbər verir ki, bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə söyləyib.

Diplomat qeyd edib ki, Rusiya rəsmiləri heç vaxt qanuni yolla seçilmiş hakimiyyəti devirməyə çağırış etməyiblər.

Zaxarovanın sözlərinə görə, Rusiya tərəfi həm İrəvanın indiki hakimiyyətinə, həm İrəvanın əvvəlki hakimiyyətlərinə, həm də ümumiyyətlə, istənilən suveren dövlətə münasibətdə oxşar yanaşma nümayiş etdirib.

Mənbə: TASS

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!