Estoniya Baş naziri korrupsiya qalmaqalına görə istefa verdi

Oxunma sayı: 565
Dünya       13 Yanvar 2021, 13:15
Estoniya Baş naziri korrupsiya qalmaqalına görə     istefa verdi

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

Estoniya Baş naziri, Mərkəz Partiyasının lideri Yuri Ratas partiyanın imicinə xələl gətirən korrupsiya qalmaqalı səbəbi ilə istefa verdiyini açıqlayıb.

 

Azmedia.Az xəbər verir ki, Yuri Ratas bu barədə öz Feysbuk hesabında açıqlama yayıb. 

 

“Siyasətdə çətin vəziyyətləri həll etmək üçün çox çətin seçim etməli olursan. İndiki vəziyyətdə dəyərlərimə əsaslanaraq, Estoniya Respublikasının Baş naziri vəzifəsindən istefa qərarını verdim. Bu qərar idarə heyəti və Mərkəz Partiyası fraksiyası və həm də ən yaxın həmkarlarım ilə məsləhətləşmələrdən sonra verildi. Fərqli həll yolları mümkün görünürdü, ancaq bunlardan yalnız biri düzgündür”,- deyə Ratas qeyd edib.

 

Estoniya Prokurorluğu və Təhlükəsizlik Polisi (KAPO) Mərkəz Partiyasının üzvlərinin korrupsiya cinayətlərinə dair şübhələr təqdim edib. Şübhəli şəxslər arasında partiya sədri Mixail Korb, maliyyə naziri Kersti Kraxtın müşaviri, iş adamı Hillar Teder və adları hələ açıqlanmayan digər iki şəxsin olduğu bildirilib.

 

Qeyd edilib ki, Mixail Korb Tallin meriyasındakı təsirindən istifadə edərək, Tederlə əlaqəli “Porto Franco” firmasına Tallində tikiləcək bir obyekt üçün yol tikmək imkanı təmin edəcək. Əvəzində isə Hillari Teder Mərkəz Partiyasına seçkilərə kimi 1 milyon avroya qədər ianə edəcəyini vəd edib.

 

Bununla yanaşı maliyyə naziri Kersti Kraxtın müşaviri də Tederə nazirlikdəki təsirindən istifadə edərək “Porto Franco” şirkətinə güzəştli şərtlərlə dövlət krediti verilməsini təmin edəcəyi ilə bağlı vəd verib.

 

Şübhələrə görə, Kraxt bu xidmətlərə görə Tederdən rüşvət əldə etməli idi. Lakin Teder və Kraxtın Estoniya təhlükəsizlik polisi tərəfindən saxlanılması səbəbindən bu əməliyyat baş tutmayıb.

Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar