Küveyt hökuməti istefaya getdi

Oxunma sayı: 564
Dünya       13 Yanvar 2021, 17:46
Küveyt hökuməti istefaya getdi

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

Küveyt əmiri Şeyx Nəvvaf əl-Əhməd əl-Cabir əs-Sabah ölkənin Baş naziri Şeyx Sabah Xalid əl-Həməd əs-Sabahı Havli şəhərindəki Bəyan Sarayında qəbul edib.

 

Küveytin rəsmi agentliyi KUNA-nın xəbərinə görə, baş nazir hökumətin istefasını əmir Şeyx Nevvafa bildirib.

Keçən həftə Küveytdə millət vəkilləri “konstitusiya pozuntuları, hökumətin iş proqramının çatdırılmasını təxirə salma və qanunvericiliyə təsir etməyə çalışma” kimi mövzularla əlaqədər parlamentə baş nazir əl-Sabahın əleyhinə etimadsızlıq təklifi veriblər.

Təklifdən sonra kabinet üzvləri istefa ərizəsini dünən Baş nazir Şeyx Sabaha təqdim ediblər.

Küveytdə yeni hökumət keçən ay keçirilən ümumi seçkilərdən sonra 14 dekabr 2020-ci ildə vəzifəyə başlayıb.

Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar