Sizin reklam yeriniz Ölçü: 679x60
(+994 50) 721 55 55
“2020-ci ildə Azərbaycanda daimi yaşamaq üçün icazələrin verilməsində 18 faiz azalma qeydə alınıb”.
Azmedia.Az-ın məlumatına görə, bunu Dövlət Miqrasiya Xidmətinin rəisi, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vüsal Hüseynov 2020-ci ilin yekunlarına dair keçirdiyi onlayn mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, 2019-cu ildə daimi yaşamaq üçün 2 041 şəxsə belə icazə verilibsə, 2020-ci ildə bu rəqəm 1 669 olub.
“İcazələrdən 633-ü Gürcüstan, 448-i Rusiya,112-i Türkiyə, 88-i İran, 65-i Türkmənistan, 293-ü isə digər ölkələrin vətəndaşlarına verilib”.
“İş icazələrinin verilməsində doqquz faiz azalma olub. 2019-cu ildə bu rəqəm 6 680, 2020-ci ildə 6 106 olub. Mövcud vəziyyət nəzərə alınarsa, bu azalma çox deyil. Bu, sahibkarlıq fəaliyyətində müəyyən dinamikanın olmasının göstəricisidir”, - deyə V.Hüseynov bildirib.