Prokuror Elinanın intiharına görə direktora cəza istədi - 2,6 il

Oxunma sayı: 293
16 Oktyabr 2019, 15:06
Prokuror Elinanın intiharına görə direktora cəza istədi     - 2,6 il

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

Məktəbli Elinanın ölümünə görə məktəb direktoru hakim önünə çıxarılıb.

 

Azmedia.az Musavat.com-a istinadən xəbər verir ki, 162 saylı orta məktəbin keçmiş direktoru Sevinc Abbasovanın məhkəməsi Səbail Rayon Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi keçirilib.

 

Məhkəmə iclasında dövlət ittihamçısı çıxışı edib. Prokuror Sevin Abbasovanın azadlığının 2 il 6 ay müddətinə məhdudlaşdırlmasını istəyib.

 

Rəsmi ittihama görə, belə ki, ittihamda qdyd olunub ki, Elina Hacıyeva mütəmadi olaraq dərslərə gecikib, geyimi məktəbli formasına uyğun olmayıb.

 

O da qeyd edilir ki, Alına sonuncu hadisədən öncə bir dəfə məktəbdə ülgüclə boğazını kəsib, şagirdlər daima Elinanı sıxışdırıb, lakin direktor Sevin Abbasova bununla bağlı hər hansı addım atmayıb.

 

Direktor sadəcə E.Hacıyevanın anasına şifahi məlumat verməklə kifayətlənib.

 

İttihama görə, E.Hacıyeva özünü məktəb binasından atandan sonra S.Abbasova təcili tibbi yardımı vaxtında çağırmayıb. Bununla fa E.Hacıyevanın həyatını təhlükədə qoyub.

 

Elan olunmuş ittihamla Sevin Abbasova özünü təqsirli bilməyib.

 

Sonuncu məhkəmə prosesində Elinanın ailə üzvlərinin vəkilləri məhkəməyə 100 min manatlıq mülki iddia təqdim ediblər. Vəsatətdə cavabdeh tərəf kimi Təhsil Nazirliyi göstərilib. Məhkəmə vəsatəti icraata qəbul edilib.

 

Xatırladaq ki, məhkəmənin qərarı ilə Sevin Abbasova barəsində polis nəzarətinə verilmə qətimkan tədbiri seçilib və o, ev dustaqlığındadır.

 

Məktəbdə intihar edən, 8-ci sinif şagirdi Elina Hacıyevanın ölümü ilə bağlı məktəbin direktoru Sevin Abbasova cinayət məsuliyyətinə cəlb edilib.

 

S.Abbasova Cinayət Məcəlləsinin 143-cü (Təhlükədə qoyma) və 314.2-ci (Səhlənkarlıq; zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddələri ilə ittiham irəli sürülüb.

Paylaş
Xəbər lentİ
Çox oxunanlar