Bakıda intihar edən kişinin arvadının ŞOK MESAJI YAYILDI: "Qurtuldum, özünü öldürdü" - FOTO

Oxunma sayı: 384
30 Oktyabr 2019, 19:30
Bakıda intihar edən kişinin arvadının ŞOK MESAJI YAYILDI:     "Qurtuldum, özünü öldürdü" - FOTO

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

"İş saatım bu mesajla başladı...

 

Bir ay öncə qadın başına açılan müsibətlərlə bağlı müraciət etmişdi. İş məhkəmədə olduğu üçün əlimizdən gələn ancaq təhlükəsizlik baxımından sığınacaqla təmin etməni təklif etmişdim. Və səhər aldığım mesaj... Sanki qadın "mən xoşbəxtəm" demək istəyirdi həyat yoldaşının özünün öldürməsinə... Sevinmədim, amma bağışlayın məni, kədərlənmədim də..."

 

Azmedia.az Milli.Az-a istinadən xəbər verir ki, bu fikirləri Azərbaycan uşaqları ictimai birliyinin sədri Kəmalə Ağazadə bir qadının ona yazdığı mesajı şərh edərkən deyib.
 

İctimai birlik sədri qadının narkoman ərinin intihar etməsi ilə bağlı ona yazdığı mesajı sosial şəbəkədə paylaşaraq fikirlərini aşağıdakı sözlərlə tamamlayıb:
"Gözümün qarşısına gətirəndə ki, bir qadının, bir ananın, bir bacının, bir övladın başı kəsilmədi, öldürülmədi, "şükür sənə İlahi" dedim... Amma Allahın əmanəti olan bir canı narkotik aldı...

 

Bu bəlanı balalarımıza, qardaşlarımıza yoluxduranın allah bəlasını versin..."

Fotoları təqdim edirik
Paylaş
Xəbər lentİ
Çox oxunanlar