Deputat: "Müxalifət ölkəmizin sabitliyinə, əminamanlığına, günbəgün artan nüfuzuna xələl gətirməyə çalışır"

Oxunma sayı: 154
8 Noyabr 2019, 12:25
Deputat: "Müxalifət ölkəmizin sabitliyinə, əminamanlığına, günbəgün artan nüfuzuna xələl gətirməyə çalışır"

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

"Müsavat Partiyasının təşkil etdiyi dəyirmi masaya yığışanlar sadəcə olaraq Azərbaycanı sevməyən qüvvələrin, xüsusən erməni lobbisinin sifarişini həyata keçirmək məqsədi daşıyırdı".

 

Azmedia.Az xəbər verir ki, bunu Trend-ə Milli Məclisin Yeni Azərbaycan Partiyasından olan deputatı Cavid Osmanov deyib.

 

C.Osmanlı xatırladıb ki, dəyirmi masada eyni zamanda eks-səhiyyə naziri, keçmiş məhbus və cinayətkar Əli İnsanov da iştirak edirdi: "Çox maraqlıdır ki, vaxtilə Əli İnsanov da, İsa Qəmbər də, Arif Hacılı da, Əli Kərimli də bir-birinə təhqirlər yağdırırdılar, bir-birinin ünvanına xoşagəlməz sözlər deyirdilər, bu gün isə onlar bir yerdə oturublar. Bu, onu göstərir ki, onların amalları heç də Azərbaycan xalqı, dövlətçilik, müstəqillik, ölkəmizin inkişafı deyil.

 

Bunların mövqeyi odur ki, ölkəmizdə sabitliyi, əminamanlığı pozsunlar, ölkəmizin günbəgün artan beynəlxalq nüfuzuna xələl gətirsinlər. Təbii ki, o masanın heç bir əhəmiyyəti yoxdur. Çünki orada yığışan insanların arxasında bir sosial baza, elektorat yoxdur".

 

Deputat vurğulayıb ki, o dəyirmi masa insanların sosial rifah halının yaxşılaşdırılması istiqamətində Prezidentın atdığı addımlara, ölkəmizdəki sabitlik və əminamanlığa xələl gətirmək məqsədi daşıyırdı:

 

"Xalqımız bu gün Prezident İlham Əliyevin apardığı siyasətə çox sadiqdir və dəstəkləyir. Xalqla iqtidar arasında möhkəm birlik dayanır və bu birliyi heç bir xarici güc, heç bir təsir dağıda bilməz".

Paylaş
Xəbər lentİ
Çox oxunanlar