Qadın oğlunun ev tapşırıqlarını izah etməyə çalışarkən infarkt keçirib

Oxunma sayı: 234
8 Noyabr 2019, 13:38
Qadın oğlunun ev tapşırıqlarını izah etməyə çalışarkən infarkt keçirib

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

Çində 36 yaşlı bir qadın riyaziyyat üzrə ev tapşırığını oğluna izah etməyə çalışdıqdan sonra miyokard infarktı ilə xəstəxanaya çatdırılıb.

 

Azmedia.Az Trend-ə istinadən bildirir ki, hadisə Hubey şəhərində baş verib. Qadın qaydaları üçüncü sinifdə oxuyan oğluna bir neçə dəfə başa salsa da oğlu yenə də nə tələb olunduğunu başa düşə bilməyib.

 

"Mən ona qaydaları bir neçə dəfə izah etdim, amma yenə də başa düşə bilmədi. Çox qəzəbləndim. Sonra qəflətən ürəyim şiddətli bir şəkildə döyünməyə başladı və normal nəfəs ala bilmirdim" deyə qadın bildirib. Hadisədən dərhal sonra qadın xəstəxanaya aparılıb. Orada həkimlər ona miokard infarktı diaqnozu qoyublar. Həkimlər xəstəni tez bir zamanda ayaqa qoya biliblər.

 

Bildirilirki, qadın oğlundan tez-tez narazı qaldığını etiraf edib, lakin bunun belə ağır nəticələrə səbəb olacağını heç təsəvvür etmirdi.

Paylaş
Xəbər lentİ
Çox oxunanlar