Sərhəddə narkotik əməliyyatı: iranlı tutuldu

Oxunma sayı: 156
14 Noyabr 2019, 12:58
Sərhəddə narkotik əməliyyatı: iranlı tutuldu

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qo­şunlarının "Lənkəran" sərhəd dəstəsinin xidməti ərazisində Astara rayonunun Sım kəndi yaxınlığındakı sərhəd zastavasının xid­­məti sahəsində keçirilən əməliyyat-axtarış və qoşun tədbirləri nəti­cəsində meşəlikdə gizlədilən bir ədəd qara rəngli çanta aşkar olu­naraq götürülüb. 

 

DSX-nin Mətbuat Mərkəzindən Azmedia.Az-a verilən məlumata görə, çantaya baxış zamanı ümumi çəkisi 24 kq 785 qram olan (13 kq 240 qr "heroin", 1 kq 535 qr "meta­mfitamin", 10 kq 10 qr "tiryək" və 1500 ədəd "metadon-40" həb) narkotik vasitələr aşkarlanaraq götü­rülb. 

 

Fakt üzrə təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri həyata keçirilmiş və nəticədə Astara rayonunun Sım kəndi yaxınlığında qeyd olunan narkotik vasitələri Azərbaycana gəti­rən İran vətəndaşı 1982-ci il təvəllüdlü Əzimi Əhməd Əmənulla saxlanılıb. 

 

Faktla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Paylaş
Xəbər lentİ
Çox oxunanlar