Bu gecə Almaniyadan xeyli azərbaycanlı "siyasi mühacir"in deport olunacağı gözlənilir

Oxunma sayı: 204
14 Noyabr 2019, 18:32
Bu gecə Almaniyadan xeyli azərbaycanlı "siyasi mühacir"in deport olunacağı gözlənilir

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

Bu gecə Almaniyadan, əsasən, Bavariya torpağından xeyli azərbaycanlı "siyasi mühacir" deport olunacaq.

 

Azmedia.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə informasiya sosial şəbəkələrdə yayılıb.

 

Əsasən də Müsavat Partiyasının sənədi ilə müraciət edənlərin deport ediləcəyi deyilir.

 

Qeyd edək ki, Almaniyanın hüquq-mühafizə orqanları Azərbaycanın Müsavat Partiyasının keçmiş üzvlərini saxlayıb. Cinayətkar şəbəkəyə daxil olan 7 nəfər həbs edilib.

 

Cinayətkar dəstənin saxlanılan üzvləri barəsində yerli federal məhkəmələr tərəfindən 6 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Paylaş
Xəbər lentİ
Çox oxunanlar