DYP-dən AÇIQLAMA: jalüz və plyonkadan istifadəyə görə cərimə söhbətinə SON QOYULDU

Oxunma sayı: 670
16 Noyabr 2019, 11:28
DYP-dən AÇIQLAMA: jalüz və plyonkadan istifadəyə görə cərimə söhbətinə     SON QOYULDU

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

Dünəndən etibarən avtomobilin arxa yan şüşələrinə pərdə və plyonkanın vurulmasına görə cərimə tətbiq edilib-edilməməsi müzakirə olunur.
 

Azmedia.az xəbər verir ki, bunu Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Rüfət Quliyev deyib.
 

"Qeyd edilən standartlarla əlaqədar qanunvericiliyə əlavə və dəyişikliklər edilməsi məsələsi aidiyyatı qurumlara göndərilib və hazırda lazımı qurumlarda baxılması ərəfəsindədir. Baş Dövlət Yol Polisi İdarəsinin rəhbərliyinin tələbilə avtomobillərin arxa-yan şüşələrində jalüz və plyonka istifadə edilməsinə görə sürücülər barəsində hazırda inzibati tənbeh görülmür", - deyə Rüfət Quliyev bildirib.
 

Xatırladaq ki, “Yol hərəkəti haqqında” Qanunun 1 saylı əlavəsinin tələblərinə müvafiq olaraq, hər iki tərəfdə arxanı göstərən xarici güzgülər olduqda minik avtomobillərinin yalnız arxa şüşələrinə örtük (pərdə və plyonka) çəkməyə və ya sənaye üsulu ilə hazırlanan jalüz asmağa yol verilir.
 

Avtonəqliyyat vasitələrinin işıqburaxma həddi müəyyən edilmiş şüşələrinə örtüklərin (pərdə və plyonkaların) çəkilməsi qadağandır. Həmçinin Azərbaycanın iqlim şəraitini nəzərə alaraq hər il 1 may-15 noyabr müddətində həmin şüşələrdə sənaye üsulu ilə hazırlanan jalyüzlərin istifadəsinə icazə verilir.

Paylaş
Xəbər lentİ
Çox oxunanlar
11 Декабрь
19:25