“Məqsədimiz qol vurmaq və yaxşı nəticə qazanmaqdır” - Bəhlul Mustafazadə

Oxunma sayı: 170
19 Noyabr 2019, 16:47
“Məqsədimiz qol vurmaq və yaxşı nəticə qazanmaqdır”       - Bəhlul Mustafazadə

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

"Görüşün çətin olacağını bilirik. Rəqibin mərhələ adlamaq şansı var. Mənə görə, Slovakiya qrupdakı ikinci ən güclü komandadır. Vuruşacağıq, əlimizdən gələni edəcəyik ki, xal qazanaq".

 

Azmedia.Az qol.az-a istinadən xəbər verir ki, bu sözləri millimizin üzvü Bəhlul Mustafazadə Avro-2020-nin seçmə mərhələsində Slovakiya ilə keçiriləcək oyun üçün təşkil edilən mətbuat konfransında deyib.

 

O, çətin səfər oyununda xal qazanmaq istədiklərini bildirib: "Hamşik kimi futbolçudan Azərbaycan yığmasının müdafiə xətti haqda müsbət fikirlər eşitmək xoşdur. Amma yalnız müdafiədə çıxış edənləri fərqləndirməzdim. Bütün komanda çalışacaq ki, uğur qazanaq. Məqsədimiz qol vurmaq və yaxşı nəticə qazanmaqdır".

 

Qeyd edək ki, bu gün Trnavadakı Anton Malatinski adına stadionda keçiriləcək Slovakiya - Azərbaycan matçı Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.

Paylaş
Xəbər lentİ
Çox oxunanlar