Mühacir biznesi Şengen vizasına çətinliklər yaradacaq - Qubad İbadoğlu

Oxunma sayı: 270
19 Noyabr 2019, 19:40
Mühacir biznesi Şengen vizasına çətinliklər yaradacaq   - Qubad İbadoğlu

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

İqtisadçı-alim, ABŞ-ın Rutgers Universitetinin professoru, ADR Hərəkatının rəhbəri Qubad İbadoğlu özünün "facebook" səhifəsində "Siyasi mühacir biznesi Şengen vizasına çətinliklər yaradacaq" başlıqlı yazı paylaşıb.

 

Azmedia.az Teleqraf.com-a istinaden həmin yazını təqdim edir:

 

"Siyasi mühacir biznesində Azərbaycanın adının hallanması Avropaya, ABŞ-a, Kanadaya və Böyük Britaniyaya səyahət etmək istəyənlərə visa almaqda aşağıdakı çətinlikləri yaradacaq.

 

1. Viza üçün müraciət edənlərə imtina cavabları çoxalacaq.

 

2. Viza almaq istəyənlərdən əlavə sənədlər (məsələn, əmək haqqı cədvəli, bank hesabından çıxarış, mülkiyyət şəhadətnaməsi və sairə) tələb olunacaq.

 

3. Vizanın verilməsi prosesi bir çox hallarda 2 həftəyədək uzadılacaq. Müddətin uzadılması müraciət edənlərin daha dərindən araşdırmalması ilə əlaqədar olacaq.

 

4. Verilən vizanın müddəti qısa və girişlərin sayı məhdud olacaq.

 

5. Şenqen zonasına daxil olan ölkələrdə pasport nəzarətində Azərbaycan vətəndaşları Avropaya səfərin məqsədinə dair sorğu-suala tutulacaq.

 

Odur ki, xaricə səfər etmək niyyətində olanlara tövsiyyəm budur ki, müraciətləri üçün çox zaman ayırsınlar, səfər tarixindən ən azı 1 ay əvvəldən viza görüşü alsınlar, viza sənədlərini tələblərə uyğun hazırlasınlar, yalnışlığa və saxtakarlığa yol verməsinlər, uçuş biletlərini vizanı əldə etməmiş almasınlar, viza müsahibələrinə hazırlıqlı getsinlər, bu zaman sorğulara cavab verərkən həyəcanlanmasınlar, inamlı görsənsinlər."

Paylaş
Xəbər lentİ
Çox oxunanlar