BDU-nun yataqxanasında ölən qız nişanlı imiş - Gecə zəhərləniblər

Oxunma sayı: 226
21 Noyabr 2019, 15:21
BDU-nun yataqxanasında ölən qız nişanlı imiş     - Gecə zəhərləniblər

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

Bakı Dövlət Universitetinin 2 saylı yataqxanasında zəhərlənən tələbələrin kimliyi məlum olub.

 

Azmedia.az Trend-ə istinadən xəbər verir ki, hadisə nəticəsində ölən tələbə, BDU-nun Fizika fakültəsinin tələbəsi, 1999-cu il təvəllüdlü Xasmətova Şəkər Faiq qızıdır.

 

Hadisə nəticəsində zəhərlənmə ilə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə yerləşdirilən daha iki tələbə - 1998-ci il təvəllüdlü Quliyeva Dilrubə İsmət qızı və 1998-ci il təvəllüdlü İbadova Həmidədir.

 

Toksikologiya şöbəsindən Trend-ə bildiriblər ki, hər iki tələbənin vəziyyəti kritikdir.

 

15:10

 

Azmedia.az qafqazinfo-ya istinadən xəbər verir ki, ölən tələbənin 1999-cu il təvəllüdlü Şəkər Faiq qızı Hasmətova olması müəyyən edilib və onun nişanlı olduğu bildirilib.

 

Hazırda hüquq-mühafizə orqanları əməkdaşları qızların otağında təhqiqat aparırlar.

Paylaş
Xəbər lentİ
Çox oxunanlar