Lənkəran eyni gündə iki piyada qəzada öldü - Biri azyaşlıdır

Oxunma sayı: 215
21 Noyabr 2019, 18:24
Lənkəran eyni gündə iki piyada qəzada öldü     - Biri azyaşlıdır

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

Lənkəran rayonunun Liman şəhəri ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

 

Daxili İşlər Nazirliyindən Azmedia.Az-a verilən məlumata görə, noyabrın 20-də saat 18 radələrində Lənkəran rayonunun Liman şəhəri ərazisində Cəlilabad rayon sakini A.Camalov idarə etdiyi "VAZ-21074" markalı avtomobillə yolu keçən şəhər sakini Balqız Quliyevanı vurub və piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

 

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

 

Noyabrın 20-də saat 19 radələrində isə Lənkəran şəhərinin ərazisində Nərimanabad qəsəbə sakini Əziz Abıyev idarə etdiyi "VAZ-2107" markalı avtomobillə yolu keçən şəhər sakini, 12 yaşlı Nihad Kazımlını vurub. Nəticədə azyaşlı xəstəxanaya aparılarkən yolda ölüb.

 

Lənkəran ŞRPŞ tərəfindən araşdırma aparılır.

Paylaş
Xəbər lentİ
Çox oxunanlar