Baş Nazirin Katibliyinin yeni rəisi kimdir?

Oxunma sayı: 349
3 Декабрь 2019, 18:41
Baş Nazirin Katibliyinin yeni rəisi kimdir?

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

Bu gün, 2019-cu ilin dekabrın 03-də, Baş nazir Əli Əsədovun Sərəncamı ilə Ələsgər Ələsgərov Baş Nazirin Katibliyinin rəisi vəzifəsinə təyin edilib.

 

Azmedia.Az bildirir ki, Ə.Ələsgərov 2019-cu ilin oktyabrın 22-dən Baş nazirin köməkçisi vəzifəsində çalışırdı.

 

O, 2005-2009-cu illərdə Azərbaycan Dövlət İqtisad Universitetində Beynəlxalq iqtisadi münasibətlər, 2010-2014-cü illərdə Bakı Dövlət Universitetində hüquqşünaslıq, 2016-2019-cu illərdə Azərbaycan Respublikası Prezidenti Yanında  Dövlət İdarəçiliyi Akademiyasında Dövlət Qulluğunun Təşkili və İdarəedilməsi ixtisasları üzrə təhsil alıb.

 

2013-cü ilədək müxtəlif dövlət orqanlarında çalışıb. 2013-cü ildən isə Azərbaycan Respublikası Prezident Administrasiyasında Prezidentin iqtisadi məsələlər üzrə köməkçisinin xidmətində müxtəlif vəzifələrdə çalışıb.

Paylaş
Xəbər lentİ
Çox oxunanlar