ABŞ 25 Belarus vətəndaşına sanksiya tətbiq edib

SİYASƏT

17 Yanvar 2023 18:00

Oxunma sayi: 150
ABŞ 25 Belarus vətəndaşına sanksiya tətbiq edib

ABŞ hakimiyyəti 25 Belarus vətəndaşına sanksiya tətbiq edib.

Azmedia.Az TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Entoni Blinken məlumat verib.

Bildirilib ki, demokratiyaya zərbə vurmaqda ittiham olunan həmin şəxslərə viza məhdudiyyəti tətbiq olunub.

E.Blinken deyib ki, mövcud hakimiyyət orqanları Belarus xalqının demokratik istəklərini boğmağa davam edir.

Sanksiya qoyulan şəxslərin siyahısı hələ ki açıqlanmayıb.

Ağ Ev rəsmisi vurğulayıb ki, onların arasında Belarus parlamentinin üzvləri də var.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!