Bakının tıxac dərdi - Vətəndaşlar 3 saat yolda qalıblar

ÖLKƏ

18 Sentyabr 2024 10:30

Oxunma sayi: 348
Bakının tıxac dərdi - Vətəndaşlar 3 saat yolda qalıblar

Yeni tədris ilinin başlaması Bakının tıxac yarasını daha da ağırlaşdırıb.

Belə ki, hər gün səhər saatlarında Zabrat şosesində yaranan tıxac problemi sakinləri narahat edir. Səhər 7-dən yollarda qalan sürücülər və sərnişinlər hələ də təyinat nöqtələrinə vaxtında çata bilmirlər.

İşə, məktəbə və digər istiqamətlərə gedən vətəndaşlar hər gün bu çətinliklə üzləşdiklərini bildirirlər.

Sürücülərdən biri deyir: "Artıq saatlarla yoldayıq, amma hələ də irəliləyə bilməmişik. Bu, hər gün belə davam edir və heç bir dəyişiklik gözə dəymir."

Sakinlər aidiyyəti qurumlardan bu vəziyyətlə bağlı təcili tədbir görülməsini tələb edirlər.

Sözügedən görüntüləri təqdim edirik:

 

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!