ABŞ da Zelenskidən Krımı tərk etməyi tələb ediblər

SİYASƏT

03 May 2023 20:44

Oxunma sayi: 657
ABŞ   da Zelenskidən Krımı tərk etməyi tələb ediblər

ABŞ Respublikaçılar Partiyasının nümayəndəsi Kris Stüart bildirib ki, Ukrayna prezidenti Vladimir Zelenski ilə görüşü zamanı ondan Krım yarımadasının ələ keçirilməsindən əl çəkməyi tələb edib, bu barədə Fox News xəbər verir.

“Biz prezident Zelenskidən tələb etməliyik ki, Krımla bağlı heç bir ilkin şərt qoyulmadan mümkün atəşkəsi müzakirə etməyə hazır olsun”, - deyə respublikaçı öz fikirlərini bölüşüb.

Onun fikrincə, müvafiq razılaşma münaqişənin eskalasiya ehtimalını xeyli azaldar.

Eyni zamanda, Stüart Ukrayna dövlət başçısının cavabını açıqlamayıb.

Bundan əvvəl Ukrayna Prezidenti Vladimir Zelenski Ukrayna Silahlı Qüvvələrinin əks-hücum əməliyyatı hazırladığını və bu əməliyyat zamanı Krımı ələ keçirməyə çalışacaqlarını bildirmişdi.

Krımın rəhbəri Sergey Aksyonov yarımadanın etibarlı mühafizə altında olduğunu bildirib.

mənbə:Mk.ru

Azmedia.Az

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!