ABŞ dən Azərbaycan və Ermənistana ÇAĞIRIŞ

SİYASƏT

13 Dekabr 2022 14:18

Oxunma sayi: 371
ABŞ   dən Azərbaycan və Ermənistana  ÇAĞIRIŞ

ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Ned Prays bu gün jurnalistlər üçün keçirdiyi brifinqdə Azərbaycan və Ermənistan arasında dəhlizlə bağlı gərginliyin artması barədə xəbərlərə münasibət bildirib.

Ned Prays bəyan edib ki, ABŞ ardıcıl olaraq Ermənistanla Azərbaycan arasında uzunmüddətli, əhatəli nizamlanma yolunun tapılmasının vacibliyini vurğulayıb və gərginliyin azaldılmasına çağırış edib.

Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri bu məqsədlə ABŞ-da Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla Ermənistanın xarici siyasət idarəsinin rəhbəri Ararat Mirzoyanın görüşünü təşkil etdiklərini xatırladıb.

“Biz əlimizdən gələni edirik, ən əsası isə bu iki ölkə gərginliyin azaldılması üçün mümkün olan hər şeyi edir”.

Mənbə: State.gov

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!