ABŞ ın 2022

SİYASƏT

11 Yanvar 2023 10:17

Oxunma sayi: 273
ABŞ   ın 2022

2022-ci ildə ABŞ-a təbii fəlakətlərdən dəyən zərər 165 milyard dollar təşkil edib.

Azmedia.Az xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ Milli Okean və Atmosfer Administrasiyasının ekspertləri bu barədə açıqlayıblar. Ümumilikdə ölkədə 18 böyük təbii fəlakət qeydə alınıb ki, hər birindən dəyən ziyan 1 milyard dolları ötüb.

Bunlara üç qasırğa, qar fırtınası (ABŞ-ın mərkəzi və şərq hissələrində), meşə yanğını (da ölkənin qərbində), quraqlıq (ABŞ-ın qərb və mərkəzi hissələrində), daşqın (Missuri və Kentukki), iki tornado (cənub və cənub-şərq) daxildir. Təkcə "İan" qasırğası ölkəyə 123 milyard dollar zərər vurub.

Mənbə: TRT World

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!