ABŞ İranı ələ keçirdiyi neft tankerini azad etməyə çağırıb

SİYASƏT

28 Aprel 2023 14:11

Oxunma sayi: 449
ABŞ İranı ələ keçirdiyi neft tankerini azad etməyə çağırıb

ABŞ hakimiyyəti İrandan Oman körfəzində İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) dəniz qüvvələri tərəfindən ələ keçirilən neft tankerini azad etməyi tələb edib.

ABŞ Hərbi Dəniz Qüvvələrinin Mərkəzi Komandanlığının “Twitter” hesabında yazdığına görə, gəminin ələ keçirilməsi beynəlxalq hüquqa ziddir. Vaşinqton həmçinin Tehranı regional təhlükəsizlik və sabitliyi pozmaqda ittiham edib.

Bundan əvvəl IRNA agentliyi Marşal adaları bayrağı altında üzən neft tankerinin İran gəmisi ilə toqquşmasından sonra qaçırıldığını və iki ekipaj üzvünün öldüyünü bildirmişdi.

Tutulduqdan sonra tanker İranın sahil sularına göndərilib.

mənbə:Mk.ru

Azmedia.Az

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!