ABŞ ordusu İrandan hərbi yük daşıyan gəmini ƏLƏ KEÇİRİB

SİYASƏT

16 Noyabr 2022 12:56

Oxunma sayi: 428
ABŞ ordusu İrandan hərbi yük daşıyan gəmini ƏLƏ KEÇİRİB

ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) Oman körfəzində “külli miqdarda” partlayıcı maddə olan gəminin saxlanıldığını açıqlayıb.

Azmedia.Az xəbər verir ki, bəyanatda bunun hələ noyabrın 8-də baş verdiyi və yükün Yəmənə doğru getdiyi bildirilir.

Axtarışlardan sonra gəmi batırılıb, Yəmən vətəndaşlarından ibarət ekipaj isə səlahiyyətlilərə təhvil verilib.

“Associated Press” agentliyi gəminin göyərtəsində aparılan axtarış zamanı döyüş raketləri üçün yanacaq komponenti olan 70 ton gizli ammonium perxloratın aşkar edildiyini bildirib.

ABŞ Hərbi Dəniz Qüvvələrinin Beşinci Donanmasının sözçüsü kapitan Timoti Hawkins hesab edir ki, bu miqdarda ammonium perklorat Yəməndəki münaqişə zamanı üsyançılar tərəfindən istifadə edilən raketləri yanacaqla təmin edə bilər.

mənbə:MK.ru

Azmedia.Az

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!