ABŞ Prezidenti NATO sammiti üçün Litvaya gəlib

SİYASƏT

10 İyul 2023 21:57

Oxunma sayi: 387
ABŞ Prezidenti NATO sammiti üçün Litvaya gəlib

ABŞ Prezidenti Cozef Bayden NATO sammitində iştirak etmək üçün Litvaya gəlib.

Azmedia.Az AP-yə istinadən xəbər verir ki, ABŞ liderinin “Boeing” təyyarəsi Vilnüs Beynəlxalq Hava Limanına enib və Baydeni burada Litva Prezidenti Gitanas Nauseda qarşılayıb. Onların ikitərəfli danışıqları sabaha planlaşdırılıb.

Sammit zamanı Vilnüs Beynəlxalq Hava Limanında 100-dən çox müntəzəm reys ləğv ediləcək. Paytaxtdan 30 km radiusda istənilən uçuşlar qadağandır. İyulun 7-dən 13-dək Litva ərazisi üzərində kiçik təyyarələrin, pilotsuz nəqliyyat vasitələrinin və isti hava balonlarının uçuşu da təxirə salınıb.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!