ABŞ Rusiya Aerokosmik Qüvvələrinə qarşı sanksiyalar tətbiq edib

SİYASƏT

09 Dekabr 2022 22:22

Oxunma sayi: 435
ABŞ Rusiya Aerokosmik Qüvvələrinə qarşı sanksiyalar tətbiq edib

ABŞ Rusiyanın Aerokosmik Qüvvələrinə (VKS) qarşı sanksiyalar tətbiq edib.
Bu barədə ABŞ Maliyyə Nazirliyi məlumat yayıb. Məhdudiyyətlər Vaşinqtonda “İran pilotsuz təyyarələrini almaqda” ittiham edilən Rusiya Müdafiə Nazirliyinin 924-cü Dövlət Pilotsuz Aviasiya Mərkəzinə də təsir edib.

Ağ Ev ABŞ-ın müttəfiqləri və tərəfdaşları ilə Rusiya və İran arasında “müdafiə tərəfdaşlığı”nı müzakirə etmək niyyətində olduğunu bildirib.

Qeyd edək ki, ABŞ sanksiyaları MSK-nın rəhbəri Ella Pamfilovaya qarşı da tətbiq edilib. Onunla yanaşı, Mərkəzi Seçki Komissiyasının daha 14 üzvü məhdudiyyətlərə məruz qalıb.

mənbə:Mk.ru

Azmedia.Az

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!