ABŞ Rusiya Baş Qərargah rəisinin zərərsizləşdirilməsinə mane olmağa çalışıb

SİYASƏT

18 Dekabr 2022 13:44

Oxunma sayi: 665
ABŞ Rusiya Baş Qərargah rəisinin zərərsizləşdirilməsinə mane olmağa çalışıb

ABŞ Ukrayna hərbçilərinin Rusiya Baş Qərargah rəisi Valeri Gerasimovu döyüş bölgəsinə gələn zaman onu məhv etmək cəhdinin qarşısını almağa çalışıb.

Bu barədə “The New York Times” məlumat yayıb.

Nəşrin məlumatına görə, ABŞ rəsmiləri Gerasimovun Ukraynaya səfər etməyi planlaşdırdığını öyrənsələr də, bu məlumatı ukraynalılarla bölüşməyiblər. Onlar ehtiyat ediblər ki, generalın həyatına qəsd Rusiya ilə ABŞ arasında müharibənin başlamasına səbəb ola bilər.

Buna baxmayaraq, Ukrayna tərəfi Rusiya Baş Qərargah rəisinin səfərindən xəbər tutub. Daha sonra Vaşinqton Ukraynadan hücumu dayandırmasını istəyib.

Xatırladaq ki, aprelin 28-də bir sıra KİV Gerasimovun İzyuma (Xarkov vilayəti) səfər etdiyini və orada yaralandığını yazmışdı.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!