ABŞ Rusiyaya PUA göndərən İran şirkətlərini cəzalandırdı

SİYASƏT

09 Sentyabr 2022 13:17

Oxunma sayi: 242
ABŞ Rusiyaya PUA göndərən İran şirkətlərini cəzalandırdı

ABŞ Maliyyə Nazirliyi bir qrup İran vətəndaşı və şirkətinə qarşı sanksiyalar tətbiq edib.

Azmedia.Az xəbər verir ki, bu barədə məlumatı ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi yayıb.

Bildirilir ki, sözügedən şəxs və şirkətlər pilotsuz uçuş aparatlarının istehsalı və Rusiyaya silah göndərilməsi, eləcə də Rusiya və İran arasında hərbi uçuşları əlaqələndirməklə məşğul olub.

Xatırladaq ki, bir müddət əvvəl “The Washington Post”un yaydığı məlumata görə, İran Rusiyaya pilotsuz uçuş aparatlarının (PUA) ilk partiyasını göndərib. Bildirilir ki, burada söhbət əsas olaraq “Mohajer-6” və “Shahed” tipli pilotsuz uçuş aparatlarından gedir. Bu PUA-lar isə radiolokasiya sistemləri, artilleriya qurğuları və digər hərbi obyektlərə atəş açmaq üçün nəzərdə tutulub.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!