ABŞ Silahlı Qüvvələrə yardım üçün 9 milyard dollar ayırıb

SİYASƏT

20 Dekabr 2022 13:23

Oxunma sayi: 448
ABŞ Silahlı Qüvvələrə yardım üçün 9 milyard dollar ayırıb

ABŞ-ın gələn il üçün büdcə layihəsində Ukrayna ordusuna təxminən 9 milyard dollar yardım nəzərdə tutulub.

Pul silah, təlim, avadanlıq, kəşfiyyat və maddi-texniki təchizatda yardıma xərclənəcək. Bu barədə büdcə layihəsinə əlavədə deyilir. Bundan başqa, sənəddə Ukraynada mümkün radiasiya və nüvə insidentlərinə cavab tədbirlərinin hazırlanması üçün 126,3 milyard dollar ayrılması təklif edilir.

Yeni büdcədə ABŞ prezidentinin səlahiyyətlərinin artırılması və ona Kiyevə 14,5 milyard dollar dəyərində hərbi texnikanın ötürülməsinə icazə verilməsi təklif edilir. ABŞ Konqresinə 2023-cü maliyyə ili üçün 1,7 trilyon dollarlıq büdcə təklifi təqdim edilib.

Bu, Ukraynaya 45 milyard dolların ayrılmasını nəzərdə tutur.

mənbə:Mk.ru

Azmedia.Az

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!