ABŞ ukraynalı pilotların təliminə 100 milyon ayırır

SİYASƏT

16 İyul 2022 17:06

Oxunma sayi: 141
ABŞ ukraynalı pilotların təliminə 100 milyon ayırır

ABŞ Konqresinin Nümayəndələr Palatası ukraynalı pilotlara “F-15” və “F-16” qırıcılarının idarə edilməsi ilə bağlı təlim keçilməsi üçün 100 milyon dollar ayrılmasını təsdiqləyib.

Azmedia.Az xəbər verir ki, bu barədə məlumatı “Defense News” yayıb. 

Qeyd olunur ki, müvafiq təklif növbəti maliyyə ili üçün müdafiə büdcəsinə dəyişikliklər kimi qəbul edilib.

Qanun layihəsinin müəllifi isə Respublikaçılar Partiyasının nümayəndəsi Adam Kinzinger olub.

 

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!