ABŞ Ukraynaya NATO ya alternativ təklif edə bilər

SİYASƏT

14 İyun 2023 12:40

Oxunma sayi: 539
ABŞ Ukraynaya NATO   ya alternativ təklif edə bilər

Ağ Evdə Şimali Atlantika Alyansına üzvlük əvəzinə Ukraynaya “İsrail modeli” üzrə 10 illik hərbi dəstək proqramı təklif oluna bilər.

Bu barədə The New York Times xəbər verir.

Agentliyin məlumatına görə, ABŞ prezidenti Co Baydenin köməkçiləri bu ideyanı müzakirə edirlər.

Bu modelə görə, ABŞ Ukraynanın təhlükəsizliyini təmin etmək üçün üzərinə düşən öhdəlikləri yerinə yetirəcək.

Nəşrin materialında deyilir ki, Bayden administrasiyasının nümayəndələri Putini Kiyevə silah və hərbi texnikanın tədarükünün dayanmayacağına “inandırmaq” niyyətindədirlər.
Öz növbəsində qeyd etmək lazımdır ki, prezident Vladimir Zelenski NATO-ya üzvlükdə israrlıdır.

Vaşinqtona səfəri zamanı Bayden və baş katib Yens Stoltenberq arasında müvafiq məsələlər müzakirə olunub.

mənbə:Mk.ru

Azmedia.Az

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!