ABŞ və Avropa Birliyi Çindən ətraf mühitin çirklənməsinə görə təzminat ödəməsini tələb edib

SİYASƏT

21 Noyabr 2022 11:35

Oxunma sayi: 9
ABŞ və Avropa Birliyi Çindən ətraf mühitin çirklənməsinə görə təzminat ödəməsini tələb edib

ABŞ və Avropa Birliyi Çindən BMT-nin iqlim təzminatı fondunun işinə sərmayə qoymasını tələb edib. 

200-ə yaxın ölkədən olan müzakirəçilər iqlim dəyişikliyindən zərər çəkən yoxsul ölkələrə kompensasiya ödəmək üçün saziş hazırlayıblar. Müqaviləyə əsasən Avropa İttifaqı və ABŞ-ın əsas tələbi Çini və digər “çirkləndirici böyük ölkələri” fonda mümkün qədər çox töhfə verməyə məcbur etmək idi.

Azmedia.Az Fox News-a istinadən xəbər verir ki, Müqavilə Misirin kurort şəhəri Şarm Əl-Şeyxdə COP27 iqlim sammiti çərçivəsində imzalanıb.

Fondun işi ilə bağlı təfərrüatlar hələ dəqiqləşdirilməyib. Amma artıq məlumdur ki, bu, inkişaf etmiş ölkələrin və beynəlxalq maliyyə institutları kimi digər özəl və dövlət mənbələrinin töhfələri ilə dəstəklənəcək. Avroöpa Birliyi ölkələrinin və ya ABŞ-ın fondun işinə sərmayə qoymağı planlaşdırdığı açıqlanmır.

Fond ilk növbədə ən zəif ölkələrə yönəldilsə də, iqlim fəlakətlərindən ciddi şəkildə zərər çəkmiş orta gəlirli ölkələrin də yardım almaq imkanı olacaq.

Qeyd edək ki, detalların 2023-cü ildə Birləşmiş Ərəb Əmirliklərində keçiriləcək iqlim konfransının əsas mövzusu olacağı ehtimal edilir. İndiyə qədər yalnız bir neçə ölkə əhəmiyyətli ödəniş öhdəlikləri götürüb. 

Əliyeva Ülkər

Azmedia.az

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!