ABŞ və İsrail İrana qarşı birgə təlimləri müzakirə edirlər

SİYASƏT

23 Noyabr 2022 06:25

Oxunma sayi: 390
ABŞ və İsrail İrana qarşı birgə təlimləri müzakirə edirlər

ABŞ və İsrail regionda İran və onun qüvvələrinin hücumunu simulyasiya edəcək birgə təlimlərin keçirilməsi imkanını müzakirə edir.

Azmedia.Az xəbər verir ki, bu haqda “Fox News” məlumat yayıb.

KİV-in məlumatına görə, İsrail Müdafiə Qüvvələrinin Baş Qərargah rəisi Aviv Koçavi və Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Mark Milli yaxın həftələrdə əsgərləri İsrail və İran arasında mümkün münaqişəyə hazırlamaq üçün birgə hərbi hava qüvvələri təlimləri keçirməyi nəzərdən keçirir.

“Biz İrana və onun bölgədəki terrorçularına qarşı əməliyyat planlarını və əməkdaşlığı sürətləndirmək üçün kritik bir məqamdayıq”, - Koçavi deyib.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!