ABŞ və müttəfiqləri Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edəcək

SİYASƏT

12 Yanvar 2023 09:44

Oxunma sayi: 357
ABŞ və müttəfiqləri Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edəcək

ABŞ və müttəfiqləri Rusiyaya qarşı yeni sanksiyaların tətbiqi məsələsini müzakirə edirlər.

Azmedia.Az xəbər verir ki, məlumatı “The Wall Street Journal” yayıb.

Bildirilib ki, yeni qadağalar Rusiyanın neft məhsullarının qiymətini məhdudlaşdırmağı nəzərdə tutur.

Məlumata görə, ABŞ Maliyyə Nazirliyinin rəsmiləri bu həftə Avropada məsələ ilə bağlı görüşlərə başlayıb. Sanksiyanın fevralın 5-dən qüvvəyə minəcəyi gözlənilir.

Jurnal qeyd edib ki, Rusiyanın neft məhsulları üçün iki qiymət həddinin müəyyənləşdirilməsi planlaşdırılır: biri yüksək qiymətli ixrac mallarına, xüsusən dizel yanacağına, digəri isə mazut kimi aşağı qiymətli mallara təsir edəcək.//Report

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!