ABŞ və Vatikan 200 ölkənin imzaladığı sənədi rədd etdi FOTO

SİYASƏT

20 Dekabr 2022 10:15

Oxunma sayi: 461
ABŞ və Vatikan 200 ölkənin imzaladığı sənədi rədd etdi   FOTO

Dekabrın 19-da Kanadanın Monreal şəhərində planetin vəhşi təbiətinin müxtəlifliyinin qorunmasına həsr olunmuş konfransda (COP15) 200-ə yaxın ölkə tarixi sənədə imza atıb.

İştirakçı dövlətlər 2030-cu ilə qədər planetin 30%-ni qorunan ərazilər kimi tanımaq, ekoloji cəhətdən problemli ərazilərin 30%-ni bərpa etmək qərarına gəliblər.

İnkişaf etmiş ölkələr biomüxtəlifliyin qorunması üçün 30 milyard dollar ayırmağı vəd ediblər.

Məlumata görə, müqaviləni yalnız ABŞ və Vatikan imzalamayıb.

 

Mənbə: lenta.ru

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!