Ağ Ev: Cənubi Koreya nüvə silahı əldə etmək niyyətində deyil

SİYASƏT

13 Yanvar 2023 09:40

Oxunma sayi: 135
Ağ Ev: Cənubi Koreya nüvə silahı əldə etmək niyyətində deyil

“ABŞ Koreya yarımadasının tam nüvəsizləşdirilməsinə sadiqdir və Cənubi Koreya nüvə silahı əldə etmək niyyətində deyil”.

Azmedia.Az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi deyib.

“ABŞ Koreya yarımadasının tam nüvəsizləşdirilməsinə sadiq qalır, bu, dəyişməyib. Cənubi Koreya nüvə silahına can atmadığını açıq şəkildə bəyan edib” - deyə, o bildirib.

Xatırladaq ki, bir müddət əvvəl Cənubi Koreya prezidenti Yoon Suk Yeol Vaşinqton və Seulun nüvə silahından istifadə etməklə birgə təlimlərin keçirilməsini müzakirə etdiyini bildirmişdi.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!