Ağ Ev: “Türkiyənin Aİ yə üzvlüyünü dəstəkləyirik“

SİYASƏT

10 İyul 2023 18:27

Oxunma sayi: 498
Ağ Ev: “Türkiyənin Aİ   yə üzvlüyünü dəstəkləyirik“

“Türkiyənin Avropa İttifaqına (Aİ) üzvlük istəyini dəstəkləyirik”.

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Ağ Evdən bildirilib.

Qeyd olunub ki, rəsmi Ankara Aİ-yə üzv ola bilər.

Xatırladaq ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün deyib ki, Türkiyənin Aİ-yə üzvlüyünə şərait yaradıldıqdan sonra Ankara İsveçin NATO-ya üzvlüyünü təsdiqləyəcək.

NATO-nun Baş katibi Yens Stoltenberq R.T.Ərdoğanın mövqeyini dəstəkləyib.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!