Ağdam Sənaye Parkında 800 dən çox iş yeri yaradılacaq

SİYASƏT

01 Fevral 2023 15:36

Oxunma sayi: 467
Ağdam Sənaye Parkında 800   dən çox iş yeri yaradılacaq

2022-ci ildə Ağdam Sənaye Parkında 12 sahibkarlıq subyektinə rezidentlik, 3 sahibkara isə qeyri-rezidentlik statusu verilib. Bu rezidentlər tərəfindən Sənaye Parkına 66 milyon manatdan çox investisiya yatırılması və 800-dən çox iş yerinin yaradılacağı nəzərdə tutulur.

Bunu İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) 2022-ci il üzrə fəaliyyətinin yekunlarına dair mətbuat konfransında Agentliyin İdarə Heyətinin sədri Elşad Nuriyev deyib.

Sədr bildirib ki, Sənaye Parkında ilk müəssisələrin 2023-cü ilin sonlarında fəaliyyətə başlaması nəzərdə tutulur.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!