Aİ səfirləri Rusiyaya qarşı 11 ci sanksiyalar paketi ilə bağlı razılığa gələ bilmədilər

SİYASƏT

13 May 2023 13:11

Oxunma sayi: 338
Aİ səfirləri Rusiyaya qarşı 11   ci sanksiyalar paketi ilə bağlı razılığa gələ bilmədilər

Avropa İttifaqı (Aİ) ölkələrinin səfirləri Brüsseldə keçirilən görüşdə Rusiyaya qarşı 11-ci sanksiyalar paketi ilə bağlı razılığa gələ bilməyiblər.

Gələn həftə daha bir görüşün keçiriləcəyi bildirilir. Polşanın Aİ-dəki səfiri Anjey Sadosun sözlərinə görə, sanksiyalar paketi növbəti görüşdə razılaşdırıla bilər.

Səfir qeyd edib ki, bir sıra məsələlər texniki və mürəkkəbdir, buna görə də diqqətli ekspert təhlili tələb olunur.

Sados həmçinin bildirib ki, o, Rusiyanın nəqliyyat şirkətlərinə qarşı yeni məhdudiyyətlərin layihəyə daxil edilməsini alqışlayır, eyni zamanda, bəzi sanksiyaların Belarusa qarşı da eyni şəkildə tətbiq olunacağına ümid edir.

Qeyd edək ki, son sanksiyalar paketinin layihəsində ukraynalı uşaqları oğurlayan və onları Rusiya ərazisinə apararaq zorla övladlığa götürülməsində iştirak edən şəxslərin “qara siyahı”ya salınması təklifi də var. “Qara siyahı”ya düşənlərin Aİ-yə girişi qadağan edilir və onların Avropadakı aktivləri bloklanır.

Paketdə siyasi məhkəmələrdə hökm çıxaran təbliğatçılara və hakimlərə qarşı sanksiyaların genişləndirilməsi barədə Polşanın təklifi də nəzərə alınıb.

Mənbə: Рolskie Radio

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!