Almaniyada, NATO təlimlərinin məqsədi açıqlandı

SİYASƏT

30 May 2023 14:57

Oxunma sayi: 519
Almaniyada, NATO təlimlərinin məqsədi açıqlandı

Almaniya Hərbi Hava Qüvvələrinin komandanı general-leytenant İnqo Gerharz bildirib ki, NATO-nun 12-23 iyun tarixlərində keçiriləcək Hava Hücumundan Müdafiəsi təlimləri Rusiya üçün təxribat deyil.

Bu barədə TASS məlumat yayıb.

"Hava Müdafiəçisi fövqəladə vəziyyətdə tez hərəkət edə bilən bir ittifaq olduğumuzu göstərmək üçün buradadır" deyə Gerhartz bildirib.

O qeyd edib ki, təlimlər alyansın qüvvələrinin təhdidlərə bir neçə saat ərzində cavab verə biləcəyini göstərmək məqsədi daşıyır.

Daha əvvəl bildirilmişdi ki, Estoniyada alyansın müxtəlif ölkələrindən 14 mindən çox hərbçinin iştirakı ilə NATO-nun “Bahar fırtınası”  təlimləri başa çatıb. 

Təlimlər son iki həftədir ki, davam edir. Təlimlərdə düşmənin səngərlərinə basqın və kəşfiyyat əməliyyatlarının aparılması üçün manevrlər öyrədilib.

mənbə:qazeta.ru

Azmedia.Az

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!