Almaniyalı nazir türkləri Ərdoğanın seçkilərdəki qələbəsinə sevinməməyə çağırıb

SİYASƏT

29 May 2023 11:21

Oxunma sayi: 535
Almaniyalı nazir türkləri Ərdoğanın seçkilərdəki qələbəsinə sevinməməyə çağırıb

"Son seçkilərdə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın namizədliyini dəstəkləyənlər onun yenidən prezident seçilməsinin nəticələrini dərk etmirlər"- deyə Almaniyanın Ərzaq və Kənd Təsərrüfatı naziri Cem Özdemir məsələyə münasibətin bildirib.

Bu barədə o, Twitter hesabında məlumat verib.

Kənd Təsərrüfatı Nazirliyinin rəhbəri yazıb: "Görəsən, Ərdoğanın tərəfdarları seçimlərinin nəticələrinə görə məsuliyyət daşımadan bayram keçirdikləri yerdə nə baş verir".

O qeyd edib ki, Türkiyə liderinə səs verən seçicilərin çoxu ölkədə azadlığın olmaması, eləcə də yoxsulluq səbəbindən belə bir qərar verib.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!