Amerikalı ekspert Ukraynaya silah tədarükünün mənfi nəticələrindən danışıb

SİYASƏT

08 Dekabr 2022 21:14

Oxunma sayi: 361
Amerikalı ekspert Ukraynaya silah tədarükünün mənfi nəticələrindən danışıb

Hazırda Ukraynaya külli miqdarda tədarük edilən Qərb silahları istər-istəməz dünyanın başqa yerlərində də “qara bazar”da peyda olacaq.

Bu barədə amerikalı köşə yazarı Piter Suçiu 19Fortyfive portalı üçün məqaləsində yazıb.

Ekspertin fikrincə, böyük həcmdə silah təchizatı onların gələcək taleyini izləməyi çətinləşdirir. Ukraynada hərbi əməliyyatlar dayandırıldıqdan sonra problem daha da kəskinləşəcək. Milyonlarla silah və sursatın hesabını açmaq lazım gələcək, lakin Kiyevin bu məsələnin öhdəsindən gələ bilməyəcəyi bəlli deyil.

Suçiu qeyd edib ki, yüz minlərlə silah “qara bazar”da satıla bilər və Ukraynada, ümumilikdə dünyada və xüsusən də Avropada münaqişənin nəticələri onilliklər olmasa da, hələ uzun illər ərzində aradan qaldırılacaq.

mənbə:Mk.ru

Azmedia.Az

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!